`Qarabağ sülh yolu ilə həll olunmalıdır` - Nikolay Bordyuja

`Qarabağ sülh yolu ilə həll olunmalıdır` - Nikolay Bordyuja
  12 Fevral 2016    Oxunub:2000
“Çox həssas problem olan Dağlıq Qarabağ münaqişəsinin həllinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) cəlb olunmayıb.”

AzVision.az “news.am”-a istinadən xəbərə verir ki, bunu Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib. Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğuldur:

“Təşkilatın mövqeyi dəqiq və bəllidir və bu üzv olan bütün ölkələrin mövqeyidir. Bütün KTMT ölkələrinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda üzv ölkələr regionda iriçaplı silahlardan istifadənin əleyhinədir”.

N. Bordyuja KTMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsinə ehtiyac görmədiyini də söyləyib.

İlkin Nəcəfzadə


Teqlər:





Xəbər lenti