`Qarabağdakı vəziyyəti diqqətlə izləyirik` - NATO-nun baş katibi

`Qarabağdakı vəziyyəti diqqətlə izləyirik` - NATO-nun baş katibi
  12 Fevral 2016    Oxunub:2086
“Hazırda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin münaqişə ilə bağlı vəziyyətin gərginləşdirilməsindən qaçmaq üçün iradə nümayiş etdirməsi vacibdir”.

AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Azadlıq” radiostansiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat hazırda Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyir:

“Azərbaycan və Ermənistan NATO-nun tərəfdaşıdır. Biz hər iki dövlətlə əməkdaşlığı yüksək qiymətləndiririk”.

Baş katib həmçinin “ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin direktoru Ceyms Klapperin 2016-cı ildə münaqişə bölgəsində gərginləşəcəyi” barədə dediklərinə münasibət bildirməyib.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti