Müsəlman qız dünyanın ən gənc naziri oldu
Tolerantlıq məsələləri üzrə yeni nazir vəzifəsinə Şeyxa Lyubna bin Xalid Əl-Qasimi təyin edilib. O, bundan əvvəl beynəlxalq əməkdaşlıq və inkişaf naziri olub.
Ölkə tarixində ilk xoşbəxtlik naziri isə Ohud bin Həlfan Əl-Rumi təyin edilib. O, xoşbəxt cəmiyyət quruculuğu məsələləri ilə məşğul olacaq. Ümumilikdə, hökumətin 12-ci heyətində 8 yeni nazir var, onlardan 5-i qadındır. Qadınların orta yaşı 38-dir.