ATƏT PA-da Cənubi Qafqaz üzrə təyinat
Məktubda onun təşkilatda baş katib kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrikə görə minnətdarlıq bildirilir, bu vəzifədə nümayəndə heyətinə, eləcə də qurumun bütün üzvlərinə dəstək olacağı ifadə olunur.
R.Montella bu yaxınlarda Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, səfər çərçivəsində müzakirə olunmuş məsələlərin əhəmiyyətini qeyd edir, ATƏT PA rəhbərliyinin Azərbaycanla əlaqələrinin bərpası üçün yaranmış fürsəti yüksək dəyərləndirir. O, özünün rəhbərliyi altında çalışan ATƏT PA-nın Beynəlxalq Katibliyinin tam qərəzsiz şəkildə təkcə ATƏT parlamentariləri deyil, ATƏT regionunun bütün xalqları naminə işləyəcəyini bildirir.
Təşəkkür məktubunda bildirilir ki, təşkilatın sədri İlkka Kanerva tərəfindən bu yaxınlarda Kristian Vigenin Assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub. Baş katib yeni nümayəndənin region üçün mühüm əhəmiyyət daşıyan məsələlərin həllində səylərini əsirgəməyəcəyinə və bu işi daha da canlandıracağına əminliyini ifadə edir.