Sarkisyanla baş nazir arasında kreslo davası

Sarkisyanla baş nazir arasında kreslo davası
  03 Fevral 2016    Oxunub:2826
Ermənistan Respublika Partiyası və Ermənistan İnqilab Federasiyası Daşnaksutyun (EFİD) arasında hakim koalisiyanın yaradılması ilə bağlı danışıqlar zamanı prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan arasında münasibətlər kəskinləşib. Sarkisyan ədliyyə naziri postunun EFİD-ə ötürülməsini və bu vəzifəyə partiyadan olan deputat Arçvik Minasyanın təyin olunmasını tələb edib.
Bu barədə AzVision.az `Aykakan Jamanak` qəzeti xəbər yayıb.

“Lakin baş nazir bu təyinata qarşı çıxıb. Abramyan Arçvik Minasyanın hökumətin tərkibində olmaması üçün əlindən gələni edir. O, hətta Minasyanın regionlardan birinin qubernatoru olması təklifini də irəli sürüb. Lakin Abramyanın bu cəhdi böyük ehtimalla uğursuzluğa düçar olacaq”, - deyə qəzet qeyd edib.

Qalmaqalda adı hallanan Minasyanın özü isə qəzetə açıqlamasında özünü qubernator kürsüsündə görmədiyini dilə gətirib.

“Gərginliyi yumşaldacaq variant kimi Minasyanın iqtisadiyyat naziri vəzifəsinə təyin olunması məsələsi nəzərdən keçirilir”, - deyə `Aykakan Jamanak`iddia edir.

Qəzetin yaydığı xəbərə görə, hazırda ökə rəhbər Serj Sarkisyanla baş nazir arasında münasibətlər kritik həddədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti