Ermənistanda əhali sürətlə azalır - 35 ildə ilk dəfə

Ermənistanda əhali sürətlə azalır - 35 ildə ilk dəfə
  03 Fevral 2016    Oxunub:2464
Son 35 ildə ilk dəfə Ermənistan ərazisində yaşayan daimi əhalinin rəsmi sayı 3 milyon nəfərdən aşağı olub.
AzVision.az-ın məlumatına görə, bu barədə `Jovohurd` qəzeti Ermənistanın Milli Statistika İdarəsinə (MSİ) istinadən xəbər verir.

`Məsələ burasındadır ki, 2016-cı ilin yanvar ayının birinə olan statistikaya əsasən Ermənistanda daimi olaraq 2 milyon 998 min 600 insan yaşayır. 1979-cu ildə isə bu göstərici 3 milyon 37 min olub. 2008-ci ildən etibarən Ermənistanda başlayan əhalinin miqrasiya prosesi nəinki ildən ilə azalır, hətta rəsmi statistikaya əsasən faciəvi nəticələrə səbəb olur.

Miqrasiya üzrə rəsmi məlumatlara görə, 2015-ci il ərzində Ermənistandan gedən və geri qayıtmayan insanların sayı 47 min 676 nəfər olub. Bununla da, il ərzində miqrasiyaya dair orta göstərici 47 min nəfər olaraq qalır.

Digər tərəfdən Ermənistanda yeni doğulan körpələrin də sayı ötən illə müqayisədə 3 % azalıb. 2014-cü ildə Ermənistanda 43 min 31 körpə doğulmuşdusa, 2015-ci ildə bu göstərici 41 min 815 nəfər olub.

Ermənistanda ölü doğulan körpələrin sayı 746 –dan 797-ə, ölüm hallarının sayı isə 27 min 714-dən 27 min 835 minə yüksəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti