Ruhani Rusiya ilə Türkiyəni barışdırmaq istəyir

Ruhani Rusiya ilə Türkiyəni barışdırmaq istəyir
  03 Fevral 2016    Oxunub:2633
`Rusiya və Türkiyə arasında yaranmış gərginliyin azaldılması üçün İran əlindən gələni etməlidir`
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.

“Bizim həm Rusiya, həm də Türkiyə ilə gözəl münasibətlərimiz var. Bu iki ölkənin münasibətlərində böhranın yaranmasına təəssüflənirik. Yaşanan gərginliyin azaldılması üçün əlimizdən gələni etməliyik”, - deyə Ruhani qeyd edib.

“Gərginliyin daha da dərinləşməsi nə Rusiyanın, nə də Türkiyənin maraqlarına cavab vermir”, - deyə İran prezidenti əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti