Yunanıstan Azərbaycandan qaz almaq istəyir

Yunanıstan Azərbaycandan qaz almaq istəyir
  03 Fevral 2016    Oxunub:1403
“Yunanıstan Azərbaycan qazını almağı planlaşdırır”
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotzias deyib.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə dair səmərəli müzakirələrin aparıldığını deyən nazir Yunanıstanın Azərbaycan qazını almağı planlaşdırdığını və artıq infrastrukturla bağlı məsələlərin həll edildiyini diqqətə çatdırıb.

N.Kotzias qeyd edib ki, TAP-ın reallaşdırılması Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm addımlardan biridir. O, Yunanıstanın Azərbaycanın tarixi tərəfdaşı olduğunu vurğulayıb: “Biz Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin inkişafında maraqlıyıq”.

Yunanıstanlı nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəsinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.

“Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk Qrupu çərçivəsində göstərilən təşəbbüsləri dəstəkləyir. Biz sizin mövqeyinizi tam başa düşürük”

AzVision.az


Teqlər:





Xəbər lenti