Türkiyə İranı uddu - Tarixi qərar

Türkiyə İranı uddu - Tarixi qərar
  02 Fevral 2016    Oxunub:4359
Beynəlxalq məhkəmə Türkiyənin İrandan aldığı təbii qazın qiymətinin aşağı salınmasına qərar verib.

AzVision.az `Sabah` qəzetinə istinadən xəbər verir ki, bunu İranın qaz şirkətinin direktoru Həmidrza Araqi bildirib. Onun sözlərinə görə, bu barədə qərarı Beynəlxalq Arbitraj Məhkəməsi verib.

Belə ki, məhkəmənin qərarına əsasən Türkiyənin İrandan idxal etdiyi təbii qazın qiyməti 10-15 faiz aşağı salınacaq .

Qeyd edək ki, Türkiyə arbitraja müraciətində endirimin 35,5 faiz olmasını istəmişdi.

İlkin Nəcəfzadə



Teqlər:  





Xəbər lenti