Bakı və Sumqayıtda ev yanıb

Bakı və Sumqayıtda ev yanıb
  02 Fevral 2016    Oxunub:1588
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin hamamında, şaxtanın içərisində 0.5 p.m plastik boru və 1 kv.m sahədə məişət tullantıları yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 19:26-a yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 1 otaqlı evin 80 kv.m dam örtüyü və ev əşyaları yanmışdır.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

AzVision.az


Teqlər:  





Xəbər lenti