Türkiyədə otellərin kütləvi satışına başlanılıb
Türkiyənin turizm sahəsi tarixinin ən çətin dövrünü yaşayır. Böhrana həmçinin, Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar da təsir göstərib.
Nəticədə Egey və Aralıq dənizi sahillərində 1300-dən çox otel satışa çıxarılıb. Antalyada yerləşən, və əsasən Rusiya turist bazarına yönələn bir çox otellər müflisləşmənin bir addımlığındadırlar. Nəşrin məlumatına görə, burada 400-dən çox mehmanxana satılır.
Türkiyədə satışa çıxarılan otellərin ümumi qiyməti 30 milyard lirəyə çatır (10 milyard dollar). (oxu.az)
Teqlər: