İran 100 milyard dollar qazandı

İran 100 milyard dollar qazandı
  01 Fevral 2016    Oxunub:3535
İran sanksiyaların ləğvindən sonra dondurulan hesabların açılması nəticəsində 100 milyard dollardan çox vəsait əldə edib.
Bu barədə AzVision.az `Associated Press`-ə istinadən xəbər verir.

İran hökumətinin mətbuat katibi Məhəmməd Baker Nobhat bəyan edib ki, İranın dondurulan aktivlərinin böyük əksəriyyəti Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyənin payına düşür.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda sanksiyaların ləğvindən sonra İranın neft hasilatını bərpa etmək üçün ildə 50 milyard dolar xarici investisiya əldə edəcəyi bildirilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti