2016-cı il ən isti il olacaq

2016-cı il ən isti il olacaq
  01 Fevral 2016    Oxunub:2420
Növbəti 5 ildə Yer planetində havanın temperaturu artmaqda davam edəcək.
AzVision.az “The Guardian”- istinadən xəbər verir ki, bunu britaniyalı alimlərin apardıqları araşdırmalar göstərir.

Alimlərin fikrincə, bu ilk növbədə havaya buraxılan istixana qazlarının həcminin kəskin artması ilə bağlıdır.

Alimlər vurğulayır ki, 2016-cı il meteomüşahidələr tarixində ən isti il olacaq, 2017-ci ildə isə rekord qeydə alınmaya bilər. Buna səbəb El Ninyo adı verilən cərəyana tam əks olan La Ninya prosesinin gedəcəyidir. Yalnız bu hal baş verdikdən sonra Yerdə temperatur yenidən yüksələ bilər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti