`Fələstinlə danışıqlara hazırıq` - Netanyahu
"Fransa İsrail ilə Fələstin arasında danışıqların yenidən başlamasını təklif edib. Mövqeyimiz dəqiqdir. Fələstin rəhbərliyi ilə heç bir şərtimiz olmadan danışıqlara başlamağa hazırıq", - Netanyahu bildirib.
Qeyd edək ki, Fransa Xarici İşlər naziri Loran Fabius Fələstinlə İsrail arasında sülh danışıqlarının yenidən başlaması üçün növbəti həftələrdə fəaliyyətə keçəcəyini açıqlayıb.
Teqlər: