Davudoğlu Rusiyanı hədələdi: `Xəbərdarlıq edirəm...`
“Rusiya qırıcısı sərhədlərimizi pozub. Məlumatlar gəldikdən sonra prezidentlə müşavirə keçirdik. Rusiya səfiri məsələ ilə əlaqədar XİN-ə çağırıldı. Rusiyanın sərhədlərimizi pozmasını gizlətməsi mümkün deyil. Rusiya Suriyada müxalifləri bombalayır. Rusiyaya növbəti dəfə xəbərdarlıq edirəm. Rusiya bütün ölkələrin sərhədlərinə hörmət göstərmək məcburiyyətindədir”, – Davudoğlu bildirib.
Qeyd edək ki, dünən günorta saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-34 təyyarəsi Türkiyənin hava sərhədini pozub.
AzVision.az