Davudoğlunun evinin qarşısında silahlı insident

Davudoğlunun evinin qarşısında silahlı insident
  01 Fevral 2016    Oxunub:3550
Türkiyə polisi Türkiyənin baş naziri Əhməd Davudoğlunun İstanbulda yerləşən iqamətgahı qarşısında terrorçu-kamikadze olduğu güman edilən şəxsə atəş açıb və şübhəlini yaralayıb.

AzVision.az Report-a istinadən xəbər verir ki, insident ötən gün gecə saatlarında baş verib.

Polis Dolmabaxça sarayına keçmək istəyən iki arxa çantalı şübhəli kişini dayandırmağa cəhd göstərib. Onun çantalarından sallanan naqillər polis əməkdaşlarında şübhə yaradıb. Sözügedən şəxs polisin tələbinə tabe olmadıqdan sonra isə güman edilən terrorçuya atəş açılıb. Kişi ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun üzərində olan iki arxa çantası hadisə yerində mütəxəssislər tərəfindən partladılıb. Daha sonra hadisə baş verən ərazi mühasirəyə alınıb.

Çantalarda partlayıcı qurğunun olub-olmadığı barədə məlumat verilmir.


Teqlər:  





Xəbər lenti