Rusiyada dəhşətli yanğın - 11 nəfər ölüb (VİDEO)

Rusiyada dəhşətli yanğın - 11 nəfər ölüb (VİDEO)
  31 Yanvar 2016    Oxunub:2639
Rusiyanın paytaxtı Moskva şəhərində güclü yanğın baş verib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Stromınka küçəsində yerləşən tikiş sexində baş verən yanğın nəticəsində ölü sayı 11 nəfərə çatıb. Bundan əvvəl ölənlərin 9 nəfər olduğu bildirilirdi.

KİV-lərin yaydığı xəbərə görə, hadisədən sonra daha iki nəfər dünyasını dəyişib.

Hadisənin ilkin səbəbi kimi elektrik avadanlığında nasazlıq və ehtiyatsız davranma göstərilib.

Faktla bağlı əmlakın qəsdən məhv edilməsi, ehtiyatsızlıqdan insan tələfatına səbəb olma maddələri üzrə cinayət işi qaldırılıb.

Hazırda araşdırma aparılır.




Teqlər:





Xəbər lenti