Rusiya Türkiyənin hava məkanını pozdu

Rusiya Türkiyənin hava məkanını pozdu
  31 Yanvar 2016    Oxunub:2436
Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus “SU-34” döyüş təyyarəsi Türkiyənin hava məkanını pozub.
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) tərəfindən yayılan rəsmi məlumata görə, Rusiya Federasiyasının Ankaradakı səfiri XİN-ə çağırılıb. Bildirilir ki, Rusiya təyyarəsi tərəfindən Türkiyənin dövlət sərhədinin pozulması NATO-nun hava məkanının pozulması kimi qiymətləndirilib. Səfirin diqqətinə çatdırılıb ki, Türkiyə sərhədinin pozulmasının davam etməsinin yarada biləcəyi bütün arzuolunmaz hallara görə Rusiya tərəfi məsuliyyət daşıyır.




Teqlər:  





Xəbər lenti