“Qumarxanalar kralı” Quliyev tapıldı

“Qumarxanalar kralı” Quliyev tapıldı
  29 Yanvar 2016    Oxunub:2399
Ötən il dekabrın 18-də Rusiyanın Tolyatti şəhərində oğurlanmış azərbaycanlı biznesmen Kamal Quliyevlə bağlı yeni məlumat yayılıb.
Bir aydan artıqdır ki, axtarılan biznesmen Penza vilayətində tapılıb.

Kamal Quliyevin onu girov saxlayan şəxslərdən qaça bildiyi və polis orqanlarına müraciət etdiyi aydınlaşıb.

Məlumata görə, biznemseni girovluqda saxlayan şəxslər elə əslən Azərbaycandan olan M.Qurbanov və Məmmədov soyadlı ata-oğuldur. Həmin şəxslər Saratov vilayətində saxlanılıblar.

Qeyd edək ki, Tolyattidə daha çox qumarxana və kommersiya obyektlərinin sahibi kimi tanınan Kamal Quliyev 2015-ci il dekabrın 18-də şəhərdəki “Olimp” idman-sağlamlıq mərkəzinin yanından oğurlanmışdı. Sonradan biznesmenin ailəsinə zəng vuran cinayətkarlar onun azad olunması üçün 10 milyon avro pul tələb etmidilər. (modern.az)


Teqlər:





Xəbər lenti