Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqladı
2014-cü illə müqayisədə Azərbaycan üzrə AİHM-ə müraciətlərin sayı azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ildə AİHM-ə Azərbaycan üzrə 403 ərizə təqdim olunmuşdu, onların 245-i qəbul olunmamış, 11-i üzrə isə qərar çıxarılmışdı.
2015-ci ildə 106 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.
Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub. 31 dekabr 2015-ci il tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1522 ərizə daxil olub.(report)
AzVision.az
Teqlər: