`Xəzərin sülh dənizi olmasını istəyirik` - Lavrov
Lavrov bildirib ki, hər iki ölkə Xəzər dənizinin mehriban qonşuluq, əməkdaşlıq regionu kimi qalmasının tərəfdarıdır: "Rusiya və Türkmənistanın Xəzərin hüquqi statusu üzrə hələlik razılaşdırılmamış məsələlərə yanaşması üst-üstə düşür. Biz Xəzərin sülh, mehriban qonşuluq dənizi olmasının tərəfdarıyıq. Burada hərbi quruculuğunun şəffaflığı təmin olunmalıdır".
Rusiya XİN başçısı Moskva və Aşqabadın Xəzərdə beştərəfli iqtisadi əməkdaşlığa yanaşmasının yaxın olduğunu qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az