Azərbaycan,Türkiyə və Gürcüstan ortaq mexanizm yaradır

Azərbaycan,Türkiyə və Gürcüstan ortaq mexanizm yaradır
  28 Yanvar 2016    Oxunub:2170
“Türkiyə, Gürcüstan və Azərbaycanın gömrük orqanlarının rəhbərlərinin iştirakı ilə üçtərəfli mexanizm yaradılması haqda qərar verilib”.
Bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi Gürcüstanın maliyyə naziri Nodar Haduri ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, Gürcüstanla Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük prosedurunun sadələşdirilməsi sahəsində vahid fikrə gəliblər.

Türkiyəli nazir eyni zamanda onu da bildirdi ki, elektron təkərli texnika layihəsi (E-TIR) üzrə razılaşmalar bitib. Bu razılaşma sayəsində Gürcüstan-Türkiyə sərhədində yük maşınlarının hərəkəti asanlaşacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti