Tacikistandan İlham Əliyevə məktub

Tacikistandan İlham Əliyevə məktub
  28 Yanvar 2016    Oxunub:2369
Tacikistanın xarici işlər nazirinin müavini Pərviz Davlatzoda yanvar ayının 27-də Azərbaycanın Tacikistandakı səfiri Abbas Əli Həsənovu qəbul edib.
Bu barədə AzVision.az “ASIA Plus”a istinadən xəbər verir.

Tacikistanın Xarici İşlər Nazirliyinin informasiya departamentinin məlumatına görə, görüş zamanı Tacikistan tərəfi Azərbaycan hökumətinə və xalqına Dağlıq Badaşxan Muxtar Vilayətində baş verən zəlzələdən sonra göndərilən humanitar yardıma görə təşəkkür edib və ölkə prezidentinin Azərbaycanın dövlət başçısına ünvanlanan müvafiq məktubunu təqdim edib.

Görüş zamanı atmosferdə ikitərəfli və regional aktual məsələlər müzakirə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti