Azərbaycana 4 milyard pul ayrılır

Azərbaycana 4 milyard pul ayrılır
  28 Yanvar 2016    Oxunub:4560
Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ucuz neft qiymətləri ilə mübarizə aparan Azərbaycana 4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirir.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb. Bildirilib ki, hökümətin müraciəti əsasında “potensial texniki yardım” məsələsini müzakirə etmək üçün Fondun və Dünya Bankının nümayəndə heyətləri yanvarın 28-dən fevralın 4-ə kimi Bakıda görüşlər keçirəcək.

Bu iki iri maliyyə institutundan savayı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər qurumların da Bakıya nümayəndələrini göndərəcəyi qeyd edilib.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti