`Açar İranın yox, ABŞ-ın əlindədir` - Ruhanidən mesaj

`Açar İranın yox, ABŞ-ın əlindədir` - Ruhanidən mesaj
  28 Yanvar 2016    Oxunub:2721
`İran ABŞ-la yüksək diplomatik əlaqələr qura bilər`
AzVision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib

Onun sözlərinə görə, ölkələr arasında münasibətlərin qurulması birbaşa Vaşinqtondan asılıdır.

Ruhani bunun üçün ABŞ-ın Tehrana qarşı düşmən mövqeyindən geri çəkilməli olduğunu qeyd edib: `Bu, iki ölkə arasında dostluq münasibətlərinin qurulması üçün vacib şərtdir. Bu məsələdə açar Tehranın yox, Vaşinqtonun əlindədir. İstərdim ki, amerikalılar düşmən mövqeyindən geri çəkilib başqa yola üz tutsunlar. Amma ABŞ-ın öz daxilində də problemlər var, vahid mövqe yoxdur`.


Teqlər:





Xəbər lenti