`Real`dan Neymara ağlasığmaz təklif
Məlumata əsasən, 24 yaşlı braziliyalının kral klubunun heyətinə qatılmasında Madrid komandasının prezidenti Flarentino Peresin özü şəxsən maraqlıdır. `Real` rəhbərliyi Neymara illiyi 35 milyon avro olmaqla, 5 illik müqavilə təklif etməyə hazırdır. Kral klubu Neymarın keçidini tezləşdirmək məqsədilə futbolçunun agenti olan atasına da əlavə olaraq 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Neymar 2013-cü ildə `Barselona`ya keçib. Hazırda o, müxtəlif turnirlərdə 25 oyunda `Barselona`nın heyətində meydana çıxıb və 20 qol vurub. 2018-ci ilin yayında `Barselona` ilə müqaviləsi bitən Neymarı transfer etmək üçün Kataloniya klubuna 190 milyopn avro ödənilməlidir.
Eldar Tanrıverdiyev
AzVision.az