ABŞ-da güclü qar çovğunu - 36 nəfər ölüb

ABŞ-da güclü qar çovğunu - 36 nəfər ölüb
  26 Yanvar 2016    Oxunub:1792
ABŞ-da tüğyan edən qar çovğunu nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
Vaşinqtonda bütün dövlət müəssisələri və məktəblər bağlanıb.

ABŞ Dövlət Departamentinin gündəlik brifinqi ləğv edilib. ABŞ-ın şərqində bir çox dəmiryol və təyyarə reysləri təxirə salınıb, Vaşinqtonda və Baltimorda 1150 aviareys təxirə salınıb və yaxud ləğv edilib. Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 91 sm çatıb.

Ümumilikdə, qeyri-sabit hava şəraiti 85 milyon insana zərər vurub, 300 min nəfər elektrik enerjisiz qalıb. Mütəxəssislərin hesablamalarına görə, qar çovğunundan dəyən ziyan 1 milyard dollar təşkil edə bilər. (Apa)


Teqlər:  





Xəbər lenti