Putinin keçmiş arvadı ərə getdi

Putinin keçmiş arvadı ərə getdi
  25 Yanvar 2016    Oxunub:6379
Rusiya prezidenti Vladimir Putinin sabiq yoldaşı Lyudmilanın yenidən ailə həyatı qurması faktı təsdiqlənib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondu “Sobesednik” jurnalında yayımlanan materiallar əsasında araşdırmalar aparıldığını bəyan edib.

Fond Lyudmila Putinanın soyadının Oçeretnıy soyadı ilə dəyişdirildiyini təsdiqləyib. Uzun illərdir Lyudmilanın himayədarlıq etdiyi Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə isə Artur Oçeretnıy rəhbərlik edir. Otuz yeddi yaşı olan Artur Putinin eks arvadından 20 yaş kiçikdir.

Qeyd edək ki, həmin materialda Putinin keçmiş arvadının soyadını dəyişməsi və daşınmaz əmlakla bağlı həyata keçirdiyi əməliyyatlar dərc edilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti