Strasburqda Azərbaycan-Ermənistan qarşıdurması
A. Brassör indidən bu məsələ barədə mövqe bildirmək istəmədiyini söyləyib: “Ermənistanla Azərbaycan bizim təşkilatımızın üzvləridirlər və biz bu münaqişənin həlli yollarını tapmalıyıq. İnsanlar sülh və əmin-amanlıq içində yaşamalıdırlar və biz hər şey etməliyik ki, bu münaqişəni həll edək. Bəs bunun ən uyğun yolu hansıdır? Bunu mən deyə bilməyəcəyəm. Əgər bilsəydim, problem də həll oluna bilərdi. Sadəcə, bu məsələnin həllinə hərtərəfli yanaşmaq lazımdır. Çünki bu münaqişədən ən çox əziyyət çəkən regiondakı insanlardır. Bunlar Avropa Şurasına üzv ölkələrin vətəndaşlarıdır və biz onları müdafiə etməliyik. Amma bunun hansı yolla həllinə nail olmaq məsələsinə gəldikdə, hesab edirəm ki, bu formada davam etdirməliyik”. (Apa)