Pedro Aqramunt AŞPA sədri seçildi

Pedro Aqramunt AŞPA sədri seçildi
  25 Yanvar 2016    Oxunub:2056
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında ispaniyalı Pedro Aqramunt AŞPA-nın sədri seçilib.

Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, İspaniyanın Valensiya bölgəsindən deputat seçilmiş senator Pedro Aqramunt 2000-ci ildən etibarən AŞPA-da təmsil olunur. O, bu illər ərzində müxtəlif vaxtlarda assambleya daxilində komitə sədri vəzifələrində çalışıb, bir çox hesabatlar hazırlayıb və eyni zamanda, uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışıb.

P.Aqramunt AŞPA-da fəal parlamentarlardan hesab olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti