Türkiyə Rusiyaya cavab sanksiyası hazırlayır

Türkiyə Rusiyaya cavab sanksiyası hazırlayır
  25 Yanvar 2016    Oxunub:3123
Türkiyə Rusiyanın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab verə bilər.
AzVision.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, sanksiyalar metallurgiya sahəsinə tətbiq oluna bilər.

“Metallurgiya sahəsindən başqa Rusiyanın digə sahələrə qarşı hər hansı bir tədbirlərin görülməsi nəzərdə tutulmayıb”, - deyə Rusiya və Türkiyə adının açıqlanmasını istəməyən mənbə qəzetə bildirib.

Türkiyə İqtisadiyyat Nazirliyi tərəfindən bu metallurgiya növünün ölkəyə ixracı üzrə abti-dempinq araşdırmalarının nəticələri rusiyalı metallurqların 13,66 faizə qədər dempinq marjası əldə etdiyini göstərib.

Hesabata əsasən fevralda rəsmi Ankara idxalçıları üçün anti-dempinq vergisinin həcmi haqqında qərar qəbul edəcək.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə bu sahə üzrə idxal edilən məhsullar 19,2% təşkil edib. Ümumilikdə Türkiyəyə bu məhsulu üç rus şirkəti idxal edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti