`Neft 16 dollar olsa da, dözəcəyik` - Baş nazir

`Neft 16 dollar olsa da, dözəcəyik` - Baş nazir
  25 Yanvar 2016    Oxunub:3543
Neftin qiymətləri 5-7 il ərzində aşağı səviyyədə qala bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə müsahibəsində Qazaxıstanın baş naziri Karim Masimov deyib.

"Neftin 1 barelinin qiyməti 30 dollar olacağı təqdirdə, Qazaxıstanda ÜDM istehsalı sıfır səviyyəsində olacaq. Biz dövlət büdcəsində neftin baza qiymətini 1 barelə görə 40 dollardan hesablamışıq, lakin bu rəqəm 30 dollaradək enə bilər. Neftin 1 barelinin qiyməti 16 dollara düşsə belə , biz buna dözərik. Düzdür, bəzi layihələr korreksiyaya məruz qalacaq", - Masimov qeyd edib.

Baş nazirin proqnozuna əsasən, cari ilin birinci yarısında neftin 1 barelinin qiyməti 20 dollara enə bilər. Bununla belə, ilin ikinci yarısında bu rəqəm 30-40 dollaradək artacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti