`Üçüncü dəfə prezident olmaq istəmirəm` - Obama
“İmkanım olsaydı belə, mən üçüncü dəfə prezidentliyə namizədliyimi irəli sürməzdim”, - deyə Obama qeyd edib.
ABŞ lideri qeyd edib ki, ölkə başçısı postu mütəmadı olaraq yenilənməlidir. Onun sözlərinə görə, Ağ Evə ideya və enerji ilə zəngin yeni insanlar gəlməlidir.
Qeyd edək ki, prezident postunu tərk etdikdən sonra Barak Obamanın hansı vəzifəni tutacağına dair rəsmi məlumat yoxdur.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: