Moldovada yenidən etirazlar başladı

Moldovada yenidən etirazlar başladı
  24 Yanvar 2016    Oxunub:1475
Moldovanın paytaxtı Kişinyov şəhərində hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçirilir.
TASS agentliyinin verdiyi xəbərə görə, müxalif Moldova Sosialist Partiyası və “Bizim Partiya”nın birgə təşkilatçılığı ilə baş tutan aksiyada on minlərlə insan iştirak edir.

Pavel Filipin rəhbərlik etdiyi höküməti istefaya çağıran nümayişçilər "Biz xalqıq!!", "Biz birlikdə gücük!", "Mafiya yox edilməlidir!", "Novbədənkənar seçkilər keçirilsin!" kimi şüarlar səsləndirir.

Aksiya dinc xarakter daşıyır.


Teqlər:





Xəbər lenti