Vertolyot qəzaya düşdü, pilot yaralandı

Vertolyot qəzaya düşdü, pilot yaralandı
  24 Yanvar 2016    Oxunub:2734
Qazaxıstanın cənubunda `Mi-2` vertolyotu qəzaya uğrayıb.
Hadisə yanvarın 23-ü axşam saatlarında Cambul vilayətində baş verib. Vertolyot qəza nəticəsində alışıb.

“Jana alem” şirkətinə məxsus vertolyotun düşdüyü əraziyə xilasedicilər və həkim briqadası göndərilib. Vertolyotun göyərtəsində bir neçə nəfərin olduğu barədə məlumat daxil olsa da, xilasedicilər hadisə yerində heç kimi tapmayıblar.

Sonradan məlum olub ki, vertolyotda yalnız pilot olub. Onu isə hadisə şahidləri xəstəxanaya çatdırıblar. Pilotun bədəninin yarısının yandığı bildirilir.

Qəzanın səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti