İstanbul-Bakı reysi təxirə düşdü

İstanbul-Bakı reysi təxirə düşdü
  24 Yanvar 2016    Oxunub:1808
"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Təyyarə yerli vaxtla İstanbuldan saat 06:10-da uçmalı idi.

Məlumata görə, Bakıdan saat 07:55-də uçmalı olan təyyarə saat 08:04-də havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, yanvarın 24-nə təyin edilmiş digər İstanbul-Bakı və Bakı-İstanbul reysləri cədvəl üzrə həyata keçiriləcək.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti