Co Bayden Vaşinqtona qayıda bilmir

Co Bayden Vaşinqtona qayıda bilmir
  24 Yanvar 2016    Oxunub:1926
ABŞ-ın Şərq sahillərində tüğyan edən qar tufanı Amerika Administrasiyası rəhbərlərindən daha birinin iş qrafikində dəyişikliyə səbəb olub.
“Report” xəbər verir ki, şənbə günü axşam Ağ evin mətbuat xidməti məlumat yayıb ki, Vaşinqtonda güclü qar yağması səbəbindən İsveçrə və Türkiyəyə səfərdən qayıdan ABŞ-ın vitse-prezidenti Co Baydenin təyyarəsi Mayamiyə (Florida ştatı) yönləndirilib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karterin təyyarəsi Paris və Davosdan Vaşinqtona qayıdarkən Floridaya yönəldilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti