`Məşhur` cinayətkar 8 ildən sonra tutuldu

`Məşhur` cinayətkar 8 ildən sonra tutuldu
  24 Yanvar 2016    Oxunub:2188
Beynəlxalq Polis Təşkilatı - “İnterpol”un siyahısında ən uzun müddət axtarışda olanlar arasında yer alan 28 yaşlı Piotr Kupiec Britaniyada kafelərdən birində işləyirmiş.
Oğurluq, zorakılıq və futbol pərəstişkarının qətlində ittiham edilən polyak əsilli Piotr Kupiec polis məntəqəsindən cəmi 400 metr aralıda yerləşən kafedə keçirilən reyd zamanı saxlanılıb.

İnterpolun axtarışında olan şəxslər siyahısına 2008-ci ildə düşən cinayətkar dörd ilə yaxın bu kafedə çalışıb. Özünü saxta sənədlə təqdim edən Piotrun cinayətkar olması faktı ətrafındakıları şoka salıb. İş yoldaşları, tanışları onu gülərüz və mehriban insan kimi tanıyırdılar.

Polis Piotr Kupiecin “İnfra Red” adlanan kriminal qrupun üzvü olduğunu iddia edir. Saxlanılan cinayətkar və dəstənin digər üzvləri barəsində cinayət işinin istintaqı davam etdirilir. (Azərtac)


Teqlər:





Xəbər lenti