ABŞ-da qar faciəsi - 17 nəfər öldü

ABŞ-da qar faciəsi - 17 nəfər öldü
  24 Yanvar 2016    Oxunub:1816
ABŞ-ın Şərq sahillərində tüğyan edən “Conas” qar fırtınası nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Ölkədə minlərlə aviareys təxirə salınıb, 200 mindən artıq insan işıq və istiliksiz qalıb, yollarda yüzlərlə qəza baş verib.

Associated Press agentliyinin məlumatına görə, insanların çoxu qəzalarda, iki nəfər isə donvurmadan ölüb.

11 ştatda fövqəladə vəziyyət elan edilib. Vaşinqton və Nyu-Yorkda isə nəqliyyatın hərəkətinə qadağa qoyulub.

Qırtına səbəbindən 9500 aviareys ləğv edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti