Deputatlığa namizədlər arasında dava - 1 ölü, 3 yaralı

Deputatlığa namizədlər arasında dava - 1 ölü, 3 yaralı
  24 Yanvar 2016    Oxunub:2624
İranda parlament namizədlərinin tərəfdarları arasında qarşıdurma baş verib. Qarşıdurma nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Bunu İranın Xuzestan əyalətinin polis rəisinin ictimai məsələlər üzrə müavini Rəhman Musəvi deyib.

R.Musəvi bildirib ki, Xuzestan əyalətinin Şuş şəhərində parlament namizədlərinin tərəfdarları arasında qarşıdurma bu gün günorta saatlarında baş verib: “Qarşıdurmada bir nəfər bıçaqlanaraq öldürülüb, 3 nəfər isə müxtəlif xəsarətlər alaraq Əhvaz şəhər xəstəxanalarına yerləşdirilib”.

R.Musəvinin sözlərinə görə, qarşıdurmanı polisin müdaxiləsindən sonra dayandırmaq mümkün olub: “Hazırda vəziyyət polisin nəzarəti altındadır, hadisə araşdırılır”.

Qeyd edək ki, İranda parlament seçkiləri fevralın 26-da keçiriləcək. (Apa)


Teqlər:





Xəbər lenti