Almaniyada anti-miqrantlar polislə toqquşdu - Video

Almaniyada anti-miqrantlar polislə toqquşdu - Video
  23 Yanvar 2016    Oxunub:1622
Almaniyanın Potsdam şəhərində sağmeylli "Almaniya üçün Alternativ" partiyasının ölkəyə miqrant axınına etiraz və miqrantlar tərəfindən təcavüzə məruz qalan qadınların hüquqlarının müdafiəsi məqsədilə keçirdiyi aksiya zamanı polislə etirazçılar arasında toqquşma baş verib.
Etirazçıları ərazidən uzaqlaşdırmaq üçün mitinqin keçirildiyi meydana 300 polis əməkdaşı cəlb olunub. Etirazçılar şəhərin mərkəzində yerləşən inzibati binalardan birini ələ keçirməyə müvəffəq olub.

Baş verən toqquşmalar zamanı polisə aktiv müqavimət göstərən bir neçə aksiya iştirakçısı saxlanılıb.




AzVision.az


Teqlər:





Xəbər lenti