Türkiyə Avropadan 3 milyard avro təzminat istəyir
Davudoğlu bildirib ki, Ankaranın Brüsseldən almağa ümid bəslədiyi 3 milyard avro rəmzi məbləğdir və “məsuliyyət yükünün bölünməsinə Avropa İttifaqının siyasi əzm” nümayiş etdirməsinə tuşlanıb. O, müsahibəsində vurğulayıb ki, Aİ-yə daxil olmaq Türkiyə hökuməti üçün strateji məqsəddir.
AFR-ın vitse-kansleri Ziqmar Qabriel isə miqrasiya böhranının həlli məsələlərində Türkiyə ilə əməkdaşlığın hazırkı nəticələrindən narazılığını bildirib. Onun sözlərinə görə, Türkiyə hökuməti üzərinə öz sərhədlərini nəzarətdə saxlamaq və qaçqınların öz ərazisi ilə Yunanıstana qanunsuz daşınmasını dayandırmaq öhdəliyi götürüb.
Vitse-kansler SWR ictimai-hüquqi mediaşirkətinə müsahibəsində deyib: “Hələ bu razılaşmaların yerinə yetirildiyini görmürük”. O vurğulayıb ki, Ankara yalnız göstərilən şərtlərə riayət olunacağı təqdirdə Avropa İttifaqından 3 milyard avro almağa ümid bəsləyə bilər.
Elə həmin gün Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bildirib ki, Avropa İttifaqı Türkiyə, Liviya, İordaniya və regionun digər ölkələrinə milyardlarla avronu “mümkün qədər tez” ödəməlidir. AFR-in maliyyə nazirinin fikrincə, bu tədbir Avropa daxilindəki sərhədləri bağlamaq zərurətinin aradan qalxmasında Aİ-yə kömək edəcək.