Şengen vizası almaq asanlaşdı
IFR System saytında ərizəçilərin viza "C" üçün (Şenqen vizasının 90 gündən çox olmayaraq etibarlıq müddəti) və ya viza «D» üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var.
IFR System aşağıdakı web ünvanda yerləşir: ifr.mfa.gov.hu. IFR System-i mobil telefonda istifadə etmək üçün, onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək lazımdır. Windows Mobile sistemindən istifadə edənlər, veb brauzerəsera aşağıdakı ünvanı daxil etməlidilər: ifr.mfa.gov.hu/ifrmobile.
IFR System-in tətbiqi ilə eyni zamanda Macarıstan Səfirliyinin Konsulluq şöbəsinin qəbul saatları aşağıdakı kimi dəyişir:
Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 9.30-13.00
Cümə: 9.30-12.00
Hazır vizaların verilməsi:
Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 16.00
Cümə: 15.00
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: