Putin Əsəddən istefaya getməyi xahiş etdi – Gündəm dəyişir

Putin Əsəddən istefaya getməyi xahiş etdi – Gündəm dəyişir
  22 Yanvar 2016    Oxunub:3809
Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədi istefa etməyə çağırıb.

Bu barədə AzVision.az `Financial Times`-a istinadən xəbər verir.

Nəşr yazır ki, yanvarın əvvəlində vəfat edən Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq rəisi İqor Serqun bu məlumatı çatdırmaq üçün şəxsən Suriyaya gedib. Suriya prezidenti Bəşər Əsəd bu təklifdən kəskin formada imtina edib.

Mənbənin sözlərinə görə, Əsəd Serquna bildirib ki, Rusiya və Suriya arasında münasibətlər Əsədin rəhbərliyi olmadan inkişaf edə bilməz.

Qeyd edək ki, Serqun yanvarın üçü vəfat edib. Rəsmi versiyaya əsasən o, ürək çatışmazlığından Moskva vilayətində istirahət evində ölüb. Lakin “Stratfor” təşkilatı öz hesabatında bildirib ki, Serqun yanvarın biri Livanda ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti