`Rusiyaya qarşı sanksiyalar ləğv oluna bilər`

`Rusiyaya qarşı sanksiyalar ləğv oluna bilər`
  22 Yanvar 2016    Oxunub:3413
Rusiyaya qarşı sanksiyalar yaxın aylarda ləğv oluna bilər.
AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.

Dövlət katibi əmindir ki, tərəflər ikinci Minsk razılaşmaları yerinə yetirəcək.

“Davosda bu həftənin əvvəli vitse-prezident Baydenlə Minsk razılaşmalarını tam həyata keçirilməsinə zəmanət vermək məqsədilə Ukrayna prezidenti ilə görüşdük. Əminəm ki, hər iki tərəfin səyləri və legitim cəhdləri hesabına problemləri aradan qaldırmaq və Minsk sazişlərini həyata keçirmək mümkün olacaq. Məhz bundan sonra sanksiyalar ləğv oluna bilər”, - deyə Kerri qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti