Azərbaycanla İsveçrə Qarabağı müzakirə etdi

Azərbaycanla İsveçrə Qarabağı müzakirə etdi
  22 Yanvar 2016    Oxunub:1469
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışılıb.

Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparılıb, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan prezidenti İlham Əliyev Davosda Norveçin xarici işlər naziri Borge Brende ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi bildirili, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti