Rusiya Türkiyə ilə sərhəddə aviabaza tikir

Rusiya Türkiyə ilə sərhəddə aviabaza tikir
  22 Yanvar 2016    Oxunub:2481
Rusiya hərbi birləşmələri, həmçinin mühəndislərinin Suriyanın şimal-şərqində Əl-Kamışlı şəhərinin yaxınlığında yerləşən istifadə olunmayan hava limanında tez-tez görünməyə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Fox News” yüksək rütbəli ABŞ məmuruna istinadən xəbər verir.

Qeyd edək ki, Əl-Kamışlı şəhəri Suriya kürdlərinə məxsus şəhərlərdəndir, hava limanının özü isə Əsədə sadiq qüvvələrin nəzarətindədir.

“Bu Rusiya və türkiyə arasında qarşıdurmanın növbəti göstəricisidir”, - deyə amerikalı məmur bildirib.
Pentaqon hesab edir ki, Rusiya Latakiyada olduğu kimi burada da hərbi baza yaratmaq niyyətindədir. ABŞ “Su-24”-ün vurulmasından Türkiyə ilə sərhəddin yaxınlığında Rusiya hərbi kontingentinin və bazasının peyda olmasından narahatdır.

Hazırda bazada Rusiyaya məxsus hərbi təyyarələr yoxdur, lakin Pentaqon hesab edir ki, onların bura gəlməsi yalnız zaman məsələsidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti