Bu ölkələr nefti maya dəyərindən ucuz satır

Bu ölkələr nefti maya dəyərindən ucuz satır
  22 Yanvar 2016    Oxunub:2987
Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar Venesuela, Kolumbiya və Ekvador hasil etdikləri nefti hazırda maya dəyərindən ucuz satmaq məcburiyyətindədirlər.

Bu barədə AzVision.az `Reuters`-ə istinadən xəbər verir.

Belə ki, Venesuelanın DCO markalı neftinin bir bareli 15 dollara, Kolumbiyanın “Vasconia” markalı neftin bir bareli 21 dollardan aşağı qiymətə satılır.

Venesuela dünyanın 10 ən iri neft ixracatçısı olaraq ümumi bazarında 3,7 faiz, Kolumbiya – 1,8 faiz, Ekvador isə 1 faizdən az paya malikdirlər. Qeyd edək ki, bir müddət əvvəl Meksika da (ümumi bazarın 2,5 faizi) neftinin maya dəyərindən ucuz qiymətə satıldığını bildirmişdi.

Venesuelanın PDVSA Dövlət Neft Şirkətinin son məlumatlarına əsasən, ölkədə hasil olunan neftin maya dəyəri 18 dollar təşkil edir. Kolumbiyada bu göstərici 2015-ci ilin 3-cü rübündə 20-22 dollar təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti