`22 min İŞİD-çi öldürülüb` - Müdafiə naziri

`22 min İŞİD-çi öldürülüb` - Müdafiə naziri
  22 Yanvar 2016    Oxunub:2077
Beynəlxalq koalisiyanın Suriya və İraqda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 22 min terrorçu məhv edilib.
Bu barədə AzVision.az xəbər verir ki, Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drian bildirib.

O, vurğulayıb ki, son günlər terrorçular genişmiqyaslı əməliyyatlar keçirmirlər. İŞİD-ə qarşı keçirilən uğurlar terrorçuların “hiddətinə” səbəb olub.

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti