Qahirədə partlayış: 10 ölü, xeyli yaralı var

Qahirədə partlayış: 10 ölü, xeyli yaralı var
  22 Yanvar 2016    Oxunub:1280
Misirin paytaxtı Qahirə şəhərində terror aktı baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, terror aktı nəticəsində azı 10 nəfər həlak olub. Həlak olanlardan yeddisi polis əməkdaşıdır.

Hadisə zamanı 20-dən çox insanın yaralandığı bildirilir.

İlkin məlumata görə, polis əməkdaşları El Haram rayonunda terrorçuların gizləndiyi mənzilə daxil olarkən partlayıcı qurğu işə salınıb.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları istintaq tədbirləri həyata keçirirlər.


Teqlər:  





Xəbər lenti